İDMAN

“Asiya uşaqları” Oyunlarında Azərbaycan idmançılarının uğurları

Yakutskda keçirilən yarışlarda Azərbaycanı 80 idmançı təmsil edir.
Sputnik
BAKI, 29 iyun - Sputnik. Yakutskda keçirilən Asiya Uşaqları Oyunlarında Azərbaycan idmançıları ilk medallarını qazanıblar.
Taekvondo
Azərbaycan millisinin ilk medalçıları taekvondoçular olub. 63 kq-a qədər kateqoriyada qalib Vasif Səlimov olub. 48 kq çəki dərəcəsində İlyas Hətəmli ikinci, Ziya Həsənli (55 kq) isə bürünc medal qazanıb. 63 kq çəki dərəcəsində Fatimə Həsənova üçüncü nəticə göstərib.
Üzgüçülük
Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvləri də fərqləniblər. Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş medal qazanıb. İsmayılzadə 200 metr məsafəyə batterflyay növündə də üçüncü olub və bürünc medal əldə edib.
Bundan başqa, Azərbaycan milli komandasının tərkibində üzgüçülük yarışlarında Oktay Hüseynov, Vlastilina Xasyanova və Xumar Mustafayeva medallar uğrunda mübarizə aparacaqlar.
Asiya Uşaqları Oyunları çərçivəsində üzgüçülük turniri iyulun 4-dək davam edəcək. Yakutskda keçirilən yarışlarda Azərbaycanı 80 idmançı təmsil edir.
VIII Asiya Uşaqları Oyunlarında 24 idman növü üzrə 239 dəst medal uğrunda mübarizə planlaşdırılır: atletika, basketbol 3×3, rəqs idmanı “brekinq” və “ikinövçülük”, mas-güləş, bədii gimnastika, boks, qayayadırmanma, voleybol, mini-futbol, ​​taekvondo, cüdo, kürəş, üzgüçülük, sambo, güləş, alış , hapsaqay, gülləatma, oxatma, şahmat, go, stolüstü tennis, kikboksinq, stend atıcılığı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.