CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 27 iyun

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 27 iyun — Sputnik. İyunun 27-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 27-də kim anadan olub?
Cey Cey Abrams (1966) - amerikalı kinorejissor, ssenarist, prodüser. O, daha çox döyüş, dram və elmi fantastika janrlarındakı işləri ilə tanınır. Abrams "Henriyə gəldikdə", "Əbədi gənc", "Armageddon", "Monstro", "Ulduz yolu", "Ulduz döyüşləri: güc oyanır" və "Ulduz döyüşləri: Skayuoker. Günəşin doğuşu" kimi filmlərin ssenari müəllifi və ya prodüseridir.
Viktor Drobış (1966) - rus bəstəkarı və musiqi prodüseri, Rusiya Federasiyasının əməkdar artisti. Avroviziya 2012-də 2-ci yeri tutmuş "Buranovskie Babuşki"nin ifasında "Party for Everybody" mahnısının bəstəkarlarından biri. Valeriya, Qriqori Leps, Stas Pyexa, Nastya Samburskaya, Nikolay Noskov ilə əməkdaşlıq edir.
Viktor Drobış
Tobi Maquayr (1975) - Amerika aktyoru və kino prodüseri. O, daha çox Sem Reyminin "Hörümçək adam" trilogiyasında (2002-2007) baş qəhrəmanı oynamaqla tanınır. Daha sonra o, bu rolu "Hörümçək-adam: Evə yol yoxdur" filmində təkrar edib və "bir filmdə Marvel superqəhrəmanı kimi ən uzun müddət sürən rolu" ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Tobi Maquayr(solda)
Alsu (1983) - rus müğənnisi, teleaparıcısı, aktrisası, Rusiya Federasiyasının əməkdar artisti, Tatarıstan Respublikasının xalq artisti. Rusiyanın Avroviziya 2000 musiqi müsabiqəsindəki təmsilçisi kimi ikinci yeri tutub.
Alsu
Ed Vestvick (1987) britaniyalı aktyor, model və musiqiçidir. O, daha çox "Qeybətçi xanım" televiziya serialında Çak Bass rolu ilə tanınır.
Ed Vestvick
27 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1905-ci ildə Qara dənizdə "Potyomkin" döyüş gəmisinin ekipajının üsyanı baş verib.
1918-ci ildə Azərbaycan dili ADR-in dövlət dili elan edilib.
Azərbaycan dili
1931-ci ildə ABŞ-da ixtiraçı İqor Sikorski ilk helikopterin ixtirasına patent alıb.
Helikopter
1985-ci ildən Ümumdünya Balıqçılıq günü qeyd edilir.
Nabranda balıqçı
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.