BAKI, 26 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin İranın icra başçısı vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə İran İslam Respublikasının İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Məhəmməd Möhbər arasında telefon danışığı olub. Bütün əsas istiqamətlər üzrə gələcək qarşılıqlı faydalı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib”, - məlumatda bildirilir.
Həmçinin bildirilir ki, Putin və Möhbər enerji sektorunda Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyətin uğurunu və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini qeyd ediblər.
Məhəmməd Möhbər
© AFP 2024 / ATTA KENARE
Bundan əlavə, Putinin İran xalqına prezident seçkilərinin uğurlu keçməsini arzuladığı və dostluq münasibətlərinin inkişaf edəcəyinə əminliyini ifadə etdiyi vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.