CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 25 iyun

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 25 iyun — Sputnik. İyunun 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 25-də kim anadan olub?
- Sona Hacıyeva (1907-1979) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktrisası. 1920-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. O, milli kino tarixinə "Bəxtiyar", "Qızmar səma altında", "Səhər" filmlərindəki rolları ilə daxil olub.
- Ziyad Səmədzadə (1940) - Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Məclisinin "İqtisadi siyasət, sənaye və sahibkarlıq" komitəsinin sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti.
Ziyad Səmədzadə, arxiv şəkli
- Ceyhun Bayramov (1973) - Azərbaycanın xarici işlər naziri (2020-ci ildən).
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
- Antonio Qaudi (1852 - 1926) - İspan memarı, layihələrinin əksəriyyəti, o cümlədən ən böyük tikintisi olan Müqəddəs Ailə kilsəsi Barselonada ucaldılıb.
Antonio Qaudinin yayihələndirdiyi tikinti.
- Albert Filozov (1937 – 2016) - Sovet və rus teatr və kino aktyoru, Rusiya Federasiyasının xalq artisti. O, "Dövrümüzün Qəhrəmanı", "Sevirsənsə...", "Avara Rasmus" və s. filmlərdə rol alıb.
Albert Filozov
- Corc Maykl (1963 - 2016) - Yunan əsilli britaniyalı müğənni, şair və bəstəkar. İki "Qremmi" mükafatının qalibi - "İlin albomu" və ən yaxşı R&B Duo kateqoriyalarında.
Corc Maykl
- Vladimir Kramnik (1975) - rus şahmatçısı, Rusiya Federasiyasının əməkdar idman ustası, şahmat üzrə 14-cü dünya çempionu (2006-2007), Dünya kubokunun qalibi (2013), klassik şahmat üzrə dünya çempionu (2000-2006), şahmat üzrə Dünya Olimpiadasının üç dəfə qalibi (1992, 1994, 1996), Avropa (1992) və Dünya (2013) komanda çempionatlarının qalibi. Beynəlxalq Qrossmeyster (1991).
Vladimir Kramnik
- Yeqor Krid (1994) - rus müğənnisi, bəstəkarı, aktyoru. O, solo karyerasına 2011-ci ildə KReeD təxəllüsü ilə başlayıb. Öz mahnılarının müəllifi və ifaçısıdır.
Yeqor Krid
25 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1946-cı ildə SSRİ Beynəlxalq Futbol Federasiyasına daxil olub.
1950-ci ildə Şimali Koreya qoşunları Cənubi Koreyaya tərəf istiqamət alıb və bu, 1953-cü ilə qədər davam edən Koreya müharibəsinin başlanğıcı olub.
1967-ci ildə dünya miqyasında ilk canlı televiziya yayımı həyata keçirilib. Bu "Bizim dünya" verilişi idi – o, beş qitənin 24 ölkəsində yayımlanıb.
1998-ci ildə "Windows 98" əməliyyat sistemi rəsmi olaraq buraxılıb.
1992-ci ildə İstanbulda Azərbaycanın iştirakı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılıb.
1993-cü ildə Tansu Çillər Türkiyənin baş naziri vəzifəsini tutan ilk qadın olub (1993-1996).
2010-cu ildən Beynəlxalq Dənizçilər Günü qeyd edilir.