ELM

Səhərinizi bir stəkan su ilə başlamaq nə üçün yaxşıdır?

Heç də bütün mayelər istidə susuzluğu yatırmağa kömək edə bilməz.
Sputnik
BAKI, 25 iyun — Sputnik. Rusiyanın Krasnoyarsk diyarındakı "Rospotrebnadzor" şöbəsinin mütəxəssisləri səhərə bir stəkan su ilə başlamağın nə üçün faydalı və vacib olduğunu izah ediblər.
Bu barədə "aif.ru" saytı yazıb.
Acqarına içilən bir stəkan təmiz su həzm sistemini işə salır, orqanizmdəki metabolizmi və normal maddələr mübadiləsini aktivləşdirir, həmçinin mədə şirəsini sulandırır.
Mütəxəssislər, həmçinin gün ərzində, xüsusən də yayda az porsiyalarla su içməyi məsləhət görürlər. Lakin heç də bütün mayelər istidə susuzluğu yatırmağa kömək edə bilməz.
"Şirin qazlı içkilərdən və kofeindən qaçın, onlar əsl susuzluğunuzu yatırmayacaq, hətta onu artıracaqlar. Unutmayın ki, hər qurtum su sizin sağlamlığınız üçün qayğıdır, güc və enerjiyə doğru bir addımdır" – "Rospotrebnadzor" bildirib.
Əvvəllər qastroenteroloq Ekaterina Kaşux cəfərini ən faydalı göyərti adlandırmış, cəfərinin tərkibində portağaldan üç qat daha çox C vitamini olduğunu söyləmişdi.