DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell Rusiya aktivlərindən gələn gəlirin Ukraynaya çatdırılacağı vaxtı açıqladı

Aİ diplomatiyasının rəhbəri bildirib ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı qərarlar kimi bu qərarın da qarşısının alınmayacağını gözləyir.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Rusiya aktivlərindən əldə edilən gəlirdən gələn ilk vəsait gələn həftə Kiyevə yardım üçün çatmalıdır. Bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
"Bizim dondurulmuş Rusiya aktivlərindən gəlirimiz var.Maneələrdən yayınaraq onlardan istifadə etməliyik. Müvafiq prosesə başlamışıq, birinci transfer gələn həftə iyulda, ikincisi isə bir neçə aydan sonra baş tutacaq. Bizim hüquqi prosedurumuz var. Bu, bizə maneələrdən yan keçməyə imkan verəcək.Həll yolumuz var, onu bu gün təqdim edəcəyik", - o, Lüksemburqda birlik ölkələrinin xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl deyib.
O əlavə edib ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı qərarlar kimi bu qərarın da qarşısının alınmayacağını gözləyir.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.