İDMAN

Rusiyanın Olimpiya hərəkatına töhfəsini silib atmaq olmaz - Çernışenko

23 iyun - Beynəlxalq Olimpiya Günüdür.
Sputnik
BAKI, 23 iyun - Sputnik. Rusiyanın Olimpiya hərəkatına verdiyi töhfəni yaddaşlardan silib atmaq olmaz. Bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko deyib.
23 iyun - Beynəlxalq Olimpiya Günüdür. Bu gün Parisdə ilk müasir Olimpiya Oyunlarının keçirilməsi barədə qərar qəbul edilib.
“Olimpiya Oyunları təkcə yarışlar deyil, həm də gücünüzü, dözümlüyü və qalib gəlmək iradənizi nümayiş etdirmək üçün bir fürsətdir. Ənənəvi idman ölkəmizin həyatının mühüm tərkib hissəsi olaraq qalır və şübhəsiz ki, inkişaf edəcəkdir", - hökumət rəsmisi bildirib.
Onun sözlərinə görə, Rusiya unikal idmançılar yetişdirməkdə davam edir.

"Ölkəmizin olimpiya hərəkatına verdiyi töhfəni silmək mümkün olmadığı kimi, buna göz yummaq mümkün deyil. Əminəm ki, müəyyən müddətdən sonra hər şey öz axarına düşəcək, Rusiya bayrağı və himni Olimpiadaya qayıdacaq. Ayrı-seçkilik xarakterli qərarlar qəbul edənlər isə dünyanın aparıcı idmançılarını imkanlardan və ədalətli rəqabətdən məhrum edərək, yaratdıqları maneələrdən utanacaqlar. Biz öz tərəfimizdən olimpiyaçılarımızı, çempionlarımızı və çox gənc ulduzlarımızı hər zaman dəstəkləyəcəyik”, - Rusiya Federasiyası İdman Nazirliyinin mətbuat xidmətinin Telegram kanalı Çernışenkoya istinadən xəbər verib.

Baş nazirin müavini həmçinin qeyd edib ki, Rusiya həmişə bərabərlik və qərəzsizliyə əsaslanan olimpiya dəyərlərini dəstəkləyib, eyni zamanda olimpiya hərəkatının fəal iştirakçısı olub və onun inkişafına böyük töhfə verib.
İdman Nazirliyinin rəhbəri Mixail Deqtyarov bildirib ki, Olimpiya hərəkatı ölkələri və idman ictimaiyyətini birləşdirməlidir.
İdman Nazirliyinin rəhbəri Mixail Deqtyarov

“Olimpiya hərəkatı bərabərlik, dostluq və rəqiblərinizə hörmət etməyi öyrədir. Rusiya bu dəyərlərə tam riayət edir. Yarışda yüksək nəticələri ilə bu hüququ qazanmış ən güclü idmançılar iştirak etməlidir. Milli və ya dini zəmində ayrı-seçkilik tamamilə qəbuledilməzdir. Olimpiya hərəkatı ölkələri və idman ictimaiyyətini birləşdirməlidir. Gələcək çempionların gənc nəslini əməyə hörmət, ədalətli və təmiz idmanla tərbiyə etmək bizim üçün vacibdir”, - Degtyarov bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.