BAKI, 22 iyun - Sputnik. Rusiya Federasiyasının ABŞ-dakı viza mərkəzinin bağlanacağı təqdirdə Moskva adekvat cavab tədbirləri görəcək.
Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən xəbər verib.
“Belə tədbirlər həyata keçirilərsə, Rusiya tərəfi adekvat cavab verəcək” - agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl ABŞ hakimiyyətinin Vaşinqton və Nyu-Yorkdakı filialları olan viza mərkəzlərini bağlamaq qərarı barədə məlumat yayılıb.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun sözlərinə görə, ABŞ tərəfi qərarın səbəblərini açıqlamayıb. Səfir Rusiyanın ABŞ-dakı diplomatik missiyaları ətrafında vəziyyətin ardıcıl olaraq pisləşdiyini açıqlayıb.