Tarixdə bu gün: 21 iyun

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 21 iyun — Sputnik. İyunun 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 21-də kim anadan olub?
Abbasqulu ağa Bakıxanov (1794 - 1847) - Azərbaycan, fars və ərəb dillərində yazan azərbaycanlı alim-pedaqoq, şair və yazıçı. Azərbaycan elmi tarixşünaslığının və arxeologiyasının banisidir.
Abbasqulu ağa Bakıxanov
Ceyn Rassell (1921 - 2011) - Amerikalı aktrisa, 1940-cı illərin və 1950-ci illərin əvvəllərinin seks simvolu. Onun ən yaddaqalan film işlərindən biri "Cənablar sarışınlara üstünlük verir" komediyasıdır.
Ceyn Rassell
Fransuaza Saqan (1935 - 2004) - fransız yazıçısı və dramaturqu, 1985-ci ildə ədəbiyyata verdiyi töhfəyə görə Monako knyazı mükafatına layiq görülüb. "Salam, kədər!", "Bramsı sevirsinizmi?", "Təslim olmaq siqnalı", "İsveçdə qala", "İnamlı təbəssüm", "Landryu" və s. əsərlərin müəllifidir.
Fransuaza Saqan
Valeri Zolotuxin (1941 - 2013) - Sovet və rus teatr və kino aktyoru, RSFSR xalq artisti. 2011-ci ilin oktyabrından 2013-cü ilin martına qədər Taqankadakı teatrın bədii rəhbəri olub.
Valeri Zolotuxin
Viktor Tsoy (1962 - 1990) - Koreya-Rus əsilli Sovet rok musiqiçisi, bəstəkarı, şairi, rəssamı və aktyoru. "Kino" rok qrupunun yaradıcısı və rəhbəri.
Viktor Tsoy
Uels Şahzadəsi Uilyam (1982) - Böyük Britaniya Kralı III Çarlzın və onun birinci həyat yoldaşı, Uels şahzadəsi Diananın böyük oğlu və 8 sentyabr 2022-ci ildən başlayaraq Britaniya taxtının varisi.
Uels Şahzadəsi Uilyam
21 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1893-cü ildə Çikaqoda keçirilən sərgidə ilk dönmə çarx ("Şeytan çarxı") təqdim edilib.
1913-cü ildə ilk qadın təyyarədən paraşütlə tullanmanı həyata keçirib. On səkkiz yaşlı amerikalı Corciya Brodvik beş kiloqramlıq ipək paraşütdən istifadə edərək Qlenn Martinin idarə etdiyi təyyarədən 305 metr hündürlükdən tullanaraq Qriffit-Fild (Los-Anceles, Kaliforniya) aerodromunun meydançasına təhlükəsiz eniş edib.
1925-ci ildə Moskvada ilk taksilər peyda olub. 16 ədəd Reno avtomobili paytaxt sakinlərinin istifadəsinə verilib.
1992-ci ildə Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub.
2004-cü ildə dünyanın ilk şəxsi idarə olunan kosmik gəmisi olan SpaceShipOne ilk dəfə kosmosa buraxılıb.
2015-ci ildən etibarən hər il iyunun 21-də Beynəlxalq Yoqa Günü qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.