İDMAN

Vəli İsrafilov "Paris-2024" Yay Paralimpiya Oyunlarında iştirak edəcək

Vəli İsrafilov Fransa paytaxtında SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında mübarizə aparacaq.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov "Paris-2024" Yay Paralimpiya Oyunlarında iştirak edəcək. Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, Beynəlxalq Paralimpiya Komitəsi MPK tərəfindən göndərilən sorğuya müsbət cavab verib.
Bununla da Azərbaycanın Paralimpiya, dünya və Avropa çempionu "Paris-2024"də iştirak hüququ ("bipartite") əldə edib.
V.İsrafilov Fransa paytaxtında SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında mübarizə aparacaq.
Qeyd edək ki, "Paris-2024" Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.