RUSİYA

Rusiya gömrükçüləri Bakıdan gələn sərnişində 84 min dollarlıq qaçaqmal aşkarladı

Gömrük xidməti bildirib ki, strateji əhəmiyyətli mallar siyahısına daxil edilmiş məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına görə həmin sərnişini 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Yekaterinburqun Koltsovo hava limanının gömrükçüləri Bakıdan gələn sərnişində "Cartier" brendinin 7 milyon rubl (təxminən 84 min dollar) dəyərində qaçaqmalçılıq məmulatlarını aşkarlayıblar. Bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Məlumata görə, Yekaterinburq hava limanında 39 yaşlı kişi "yaşıl dəhliz"də saxlanılıb. Onun əlində qiymətli daşlarla qızıldan hazırlanmış bilərzik və üzük olub.
Sərnişinin gödəkçəsinin cibindən markalı qutuda olan sırğalar aşkar edilib.
Onun yükünə baxış keçirən gömrükçülər sertifikatlar və qızıl-zinət əşyaları qutuları, həmçinin dəri pul kisələri, kəmər və fransız brendinə məxsus hədiyyə çantaları aşkar ediblər.
Gömrük xidməti bildirib ki, strateji əhəmiyyətli mallar siyahısına daxil edilmiş məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına görə həmin sərnişini 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.