RUSİYA

Qərbin Qafqazdakı siyasəti regionda təhlükəsizliyə töhfə vermir - Rusiya XİN

Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu daha əvvəl bildirmişdi ki, Ermənistan Parisin Kiyevə tədarük etdiyi "Caesar" özüyeriyən artilleriya sistemlərinin alışı üçün Fransa ilə müqavilə imzalayıb.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən deyib.

"Regiondankənar ölkələr Cənubi Qafqaza öz planları ilə hərəkət edir. Bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Biz əminik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək", - Qaluzin bildirib.

Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu daha əvvəl bildirmişdi ki, Ermənistan Parisin Kiyevə tədarük etdiyi "Caesar" özüyeriyən artilleriya sistemlərinin alışı üçün Fransa ilə müqavilə imzalayıb.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Fransa-Almaniya müdafiə konserni KNDS ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdı. Müqavilənin təfərrüatları açıqlanmayıb.

"Biz inanırıq ki, regional təhlükəsizliyi müvafiq region dövlətlərinin səyləri ilə ən səmərəli şəkildə təmin etmək olar", - diplomat bildirib.

İrəvan 2023-cü ildə Parisdən hərbi yardım almağa başlayıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk partiyası Gürcüstan vasitəsilə Ermənistana gətirilib. 2023-cü il oktyabrın sonunda Fransanın müdafiə naziri Lekornu bəyan edib ki, Paris Ermənistana üç "Ground Master 200" (GM200) radar sistemi satmaq niyyətindədir.
O, həmçinin əlavə edib ki, Fransa Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində də təlim keçəcək.
Bu ilin fevralında Ermənistan və Fransanın MN rəhbərləri İrəvanda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən ediblər. Hərbi təhsil, döyüş hazırlığı, müxtəlif təlimlər, məsləhət və ekspert dəstəyi məsələlərinə xüsusi diqqət yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
MN: Yeni müharibəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq