BAKI, 20 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkə şirkətlərinin mayeləşdirilmiş təbii qazdan (LNG) istifadə layihələrində Vyetnamla əməkdaşlığa hazır olduğunu açıqlayıb.
"Rusiyadan olan şirkətlər mayeləşdirilmiş təbii qazdan istifadə ilə bağlı irimiqyaslı layihələrdə həm sərmayəçi və həm də təchizatçı kimi qoşulmağa hazırdırlar", - Rusiya dövlət başçısı vyetnamlı həmkarı ilə danışıqların yekununda bildirib.
Putin bunu ikitərəfli əməkdaşlığın strateji sahəsi adlandırıb. Nümunə olaraq o, Vyetnamda onilliklər ərzində neft və qaz yataqlarının işlənilməsi nəticəsində təxminən 250 milyon ton neft hasil edən Vietsovpetro birgə müəssisəsini göstərib.
"2008-ci ildən Rusiyanın Nenets Muxtar Dairəsində, Uzaq Şimalın çətin şəraitində layihələr həyata keçirən "Petrovyetnam" korporasiyası artıq 35 milyon tona yaxın neft hasil edib", - Rusiya prezidenti bildirib.
O, həmçinin Vyetnamda qaz mühərriki yanacağı istehsal edən Rusiya-Vyetnam müəssisəsinin fəaliyyət göstərdiyinə diqqət çəkib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.