İDMAN

Azərbaycan güləşçiləri BRICS Oyunlarında komanda hesabında III yeri tutublar

Arif Niftullayev 97 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. çempion olub
Sputnik
BAKI, 20 iyun - Sputnik. Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında güləş yarışlarına yekun vurulub. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Azərbaycan güləşçiləri BRİCS oyunlarında
Bu gün yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Oyunlara məşqçilər Elvin MürsəliyevZöhrab Abbasovun rəhbərliyi altında tam heyətlə qatılan komandamızın 6 üzvü fəxri kürsüyə qalxıb.
Arif Niftullayev (97 kq) çempion olub. Ziya Babaşovla (63 kq) Təvəkgül Həziyev (67 kq) ikinci, Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.
Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 151 xalla komanda hesabında 3-cü yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.