CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 19 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 19 iyun — Sputnik. İyunun 19-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 19-da kim anadan olub?
Mövsün Sənani (1900 - 1981) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Arşın mal alan", "O olmasın, bu olsun", "Nadir şah", "Otello", "Bəxtiyar", "Sehrli xalat" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Möhsün Sənani
Blez Paskal (1623 - 1662) - fransız riyaziyyatçısı, yazıçısı, fiziki, filosofu və ilahiyyatçıdır. O, riyazi analizin, ehtimal nəzəriyyəsinin və proyektiv həndəsənin banilərindən biri, hesablama texnikasının ilk nümunələrinin yaradıcısı, hidrostatikanın əsas qanununun müəllifidir.
Blez Paskal
Natalya Seleznyova 1945) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. O, "I" əməliyyatı və Şurikin digər sərgüzəştləri", "Ola bilməz!", "İvan Vasilyeviç peşəsini dəyişir" və s. filmlərdə rol alıb.
Natalya Seleznyova
Jan Düjarden (1972) - fransız aktyorudur. O, "Agent 117: Qahirə - Casuslar yuvası", "Agent 117: Rioda missiya", "Artist" və "Xəzinə ovçuları" filmlərindəki oynadığı rollarla məşhurlaşıb. Aktyor "Oskar", "Qızıl Qlobus" və BAFTA mükafatlarının qalibidir.
Jan Düjarden
Zoi Saldana (1978) amerikalı aktrisa və rəqqasədir. O, dünya kinosu tarixində ən çox gəlir gətirən ilk üç filmdə rol alan yeganə aktrisadır. 2023-cü ildə "Time" jurnalı Zoi Saldananı dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edib.
Zoi Saldana
Bircə Akalay (1984) Türkiyə aktrisası və modelidir. O, "Miss Türkiyə 2004" yarışmasında 3-cü yeri tutub. Aktrisa "Tale", "Göylə Yer arasında", "Evli və qəzəbli" və s. seriallarda rol alıb.
Bircə Akalay
19 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1846-cı ildə ABŞ-ın Nyu-Cersi şəhərində tarixdə ilk beysbol matçı keçirilib.
1862-ci ildə ABŞ-da köləlik qadağan edilib.
1961-ci ildə İngiltərədən ayrılan Küveyt müstəqilliyini elan edib.
2001-ci ildən etibarən FİFA ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) arasında bağlanmış razılaşma nəticəsində Ümumdünya Uşaq Futbolu Günü təsis edilib.
2015-ci ildə BMT Baş Assambleyası Münaqişələrdə Cinsi Zorakılığa qarşı Beynəlxalq Mübarizə Gününü təsis edib.