BAKI, 19 iyun — Sputnik. Macarıstan səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Yens Stoltenberqin yerinə NATO-nun yeni baş katibi vəzifəsinə Niderlandın Baş naziri səlahiyyətlərini icra edən Mark Ruttenin namizədliyini dəstəkləyəcək.
Bunu Avropa İttifaqının Brüsseldə keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rutte ilə görüşən Macarıstanın baş naziri Viktor Orban deyib.
Macarıstanın Baş naziri Brüsseldəki məsləhətləşmələrdən sonra Ruttedən aldığı məktubun surətini dərc edib. Sənəddə onun bütün vədləri, o cümlədən Orban və Stoltenberq arasında Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirak etməməsi ilə bağlı razılaşmaya əməl etmək istəyi öz əksini tapıb.
Orban bundan əvvəl bəyan etmişdi ki, Ruttenin NATO baş katibi postuna namizədliyinə qarşıdır, çünki o, “Macarıstanı diz çökdürməyi” və Avropa İttifaqından çıxarılmasını təklif edir.
12.06.24, 23:21
Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdır
Budapeşt NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin alyans üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün buna mane ola bilmir. Bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Alyansın baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
Hökumət başçısı bildirib ki, o, həmsöhbətinin diqqətinə Macarıstanın alyansın ərazisindən kənarda, ilk növbədə Ukraynada NATO-nun hərbi əməliyyatlarında iştirak etməmək niyyətini çatdırıb.
"Lakin öz mövqeyini formalaşdıran Macarıstan vəziyyəti dəyişdirmək üçün imkan və gücə malik olmadığını etiraf etmək məcburiyyətindədir" - Orban deyib. O qeyd edib ki, NATO ölkələrinin əksəriyyəti başqa həll yollarında israrlıdırlar.
"Məlumdur ki, Macarıstanın mövqeyi Avropa İttifaqının mövqeyindən fərqlənir və Macarıstan onun fikrincə fərqli olan fikirlərin sayının əhəmiyyətli olduğunu qəbul edir, lakin biz hər dəfə öz mövqeyimizi ifadə edə bilmişik buna görə də Baş katibə minnətdarıq ki, öz mövqeyimizi NATO-nun bütün dairələrində bəyan etdiyimizə və vəziyyətlə bağlı təhlilimizi təqdim edə bildik", - baş nazir qeyd edib.
O, iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində Macarıstanın mövqeyini müdafiə edəcəyini bildirib. Eyni zamanda o, orada Şimali Atlantika Alyansındakı bütün müttəfiqlərə uyğun olan düzgün həll yollarının tapılacağına əminliyini ifadə edib. Eyni zamanda Orban vurğulayıb ki, Macarıstan NATO-nun sadiq üzvü olaraq qalır və tərəfdaşlar qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək. O xatırladıb ki, Macarıstanın müdafiə xərcləri ÜDM-in 2%-ni ötür və 1,3 min macar əsgəri hazırda digər ölkələrin ərazisində də daxil olmaqla, müxtəlif alyans missiyalarında iştirak edir.