BAKI, 19 iyun — Sputnik. Su sağlamlığı qorumaq üçün çox vacibdir, lakin onu həddindən artıq çox içmək həyat üçün təhlükəli nəticələrə səbəb ola bilər.
Bunu tibb elmləri doktoru, professor, "Medical On Group" klinikalar şəbəkəsinin tibb direktoru Svetlana Kanevskaya deyib.
Belə ki, Brüs Linin ölüm səbəbinin ətraflı araşdırılmasından sonra patoloqlar belə qənaətə gəliblər ki, ölüm, aktyorun orqanizmində mayenin həddindən artıq yığılması fonunda qan serumundakı natrium səviyyəsinin azalması üzündən yaranan beyin ödəmi nəticəsində baş verib. Bu klinik vəziyyət açıq şəkildə göstərir ki, həyat mənbəyi olan su, həyatı sonlandıra da bilər.
Svetlana Kanevskayanın sözlərinə görə, böyük miqdarda suyun nəzarətsiz istehlakı qanda natrium səviyyəsini azalda bilər ki, bu da hiponatriemiyaya (aşağı qan natrium səviyyəsi) səbəb olur. Bu vəziyyət zəiflik, şüurun pozulması, baş ağrısı və qıc olma xarakterizə olunur. Ağır hallarda hiponatriemiya beynin şişməsi, ürək ritminin pozulması və ölüm ilə nəticələnir.