İDMAN

Azərbaycanın daha iki güləşçisi Kazanda medal qazanıb

Yarışda ümumilikdə 97 ölkədən beş minə yaxın idmançı iştirak edir.
Sputnik
BAKI, 19 iyun - Sputnik. Azərbaycanın qadın güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən BRİKS Oyunlarında bu gün 2 medal qazanıblar.
Elnurə Məmmədova (53 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə mükafatçılar müəyyənləşəcək.
Xatırladaq ki, BRİKS Oyunlarında Azərbaycan 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, kürəş, sambo və karatedə təmsil olunur.
Yarışda ümumilikdə 97 ölkədən beş minə yaxın idmançı iştirak edir.
BRİKS Oyunlarında 27 idman növü üzrə medallar oynanılır.