BAKI, 18 iyun - Sputnik. İrəvanın Qələbə parkındakı "Şərəf Xiyabanı"nda respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədəki Rusiya Federasiyasının bayrağı və gerbi sökülüb.
Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Xüsusən, şərti sərhəd sütununda cızılmış Rusiya gerbinin izləri görünür, bayraq isə cırılıb, ondan yalnız bir parça qalıb. Eyni zamanda Ermənistanın bayrağı və gerbi qorunub saxlanılıb.
Paytaxt meriyasından Sputnik Ermənistan-a bildiriblər ki, onlar baş verənlərə görə məsuliyyət daşımırlar və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır.
Şəhər rəhbərliyi də hadisə ilə bağlı məlumatı aydınlaşdırmağa söz verib. Bu arada, Sputnik Ermənistan-ın məlumatına görə, ərazi şəhər administrasiyasının yurisdiksiyasındadır.