BAKI, 18 iyun— Sputnik. Azərbaycan güləşçiləri Kazanda keçirilən BRİKS oyunlarında uğurla çıxış ediblər.
Bu barədə Azərbaycanın Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Beləliklə, sərbəst güləş yarışlarında Şamil Zubayrov (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Hacıyev (74 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, BRİKS Oyunlarında Azərbaycan 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, kürəş, sambo və karatedə təmsil olunur.
Yarışda ümumilikdə 97 ölkədən beş minə yaxın idmançı iştirak edir.
BRİKS Oyunlarında 27 idman növü üzrə medallar oynanılır.