BAKI, 17 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu hər il Avropada 2,7 milyon insanın ölümünə səbəb olan dörd növ məhsulun adını açıqlayıb. Bu barədə Rusiya mediası ÜST-ə istonadən xəbər verib.
Təşkilatın sənədində dünyada hər il 19 milyon insanın həyatına son qoyan tütün, alkoqol, ultra emal olunmuş məhsullar və qazıntı şəklində olan yanacaqlar vurğulanır. Təkcə Avropa regionunda bu göstərici 2,7 milyon təşkil edir.
ÜST qeyd edir ki, bu cür məhsulların istehsalçıları az sayda transmilli korporasiyalarda birləşiblər. Sənəddə qeyd edilib ki, bu, onlara siyasi və hüquqi şəraitə təsir göstərməyə kömək edib.
Təşkilatdan vurğulayıblar ki, təhlükəli məhsul istehsalçılarının taktikasına həssas insanların marketinq yolu ilə istismarı, yanıltması, habelə informasiyanın təhrif edilməsi daxildir.
Bu yaxınlarda ÜST dünyada elektron siqaretlərin yayılmasını məhdudlaşdırmağa çağırıb. Təşkilat müvafiq qaydaların tətbiqi tələbi ilə ölkə hakimiyyətinə müraciət edib. Qeyd olunub ki, dünyada təxminən 5,3 milyard insan siqaretin zərərləri haqqında qrafik məlumatları görür, lakin bu, kifayət deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.