“Birləşmiş Ştatlar bütün dünyanı öz "yaşıl" gündəliyinə inteqrasiya etməyə çalışdı. Avropa inteqrasiya etdi. Necə bitdi? İqtisadiyyat praktiki olaraq dağılıb, ötən il Avrozonada ÜDM artımı 0,3% təşkil edib”, - Duma rəhbəri bildirib.
“Bizim qaz və neft hasilatında üstünlüyümüz var, onlarda isə yoxdur. Layihələrini təbliğ edirlər, amma daha bahalıdırlar, bu hələ məlum deyil və nəticələri nə olacağı bəlli deyil - çünki hələ bu akkumulyatorların utilizasiyası ilə məşğul olmaq lazımdır, bunun necə bitəcəyini heç kim bilmir... Ona görə də düşünün, onlar da hər cür ödənişləri tətbiq edərək, bu "yaşıl" gündəmi bizim özümüzə də sırımağa çalışdılar. Nə üçün? Belə edirdilər ki, biz mövcud yataqları bağlayaq və onlardan imtina edək, atom elektrik stansiyalarını bağlayaq və onlardan imtina edək. Nəticədə isə biz rəqabət üstünlüyünü itirərdik”, - deyə Volodin fikrini tamamlayıb.