BAKI, 16 iyun - Sputnik. Qarpız insan sağlamlığı üçün faydalıdır.
Alimlər bildirir ki, 100 qram qarpız A və C vitaminləri, insan orqanizmi üçün faydalı olan bir çox təbii birləşmələrlə zəngindir.
Qarpız təkcə A və C vitaminləri ilə deyil, eyni zamanda E və T vitaminləri, tiamin, riboflavin, niasin, B6 vitamini, foli turşusu, pantoten turşusu, kalsium, dəmir, maqnium, fosfor, kalium, natrium, sink, mis, marqans və selenlə də zəngindir.
Bəs əsas faydaları nədir?
Orqanizmi maye ilə təmin edir, xərçəngin qarşısını almağa kömək edir, iltihabı və stresi azaltmaqla yanaşı ürək üçün də çox faydalıdır. Qarpız həm də dəri və saç üçün faydalı giləmeyvədir.
Belə ki, tərkibindəki A və C vitaminləri dəri və saçın sağlamlığı üçün vacibdir.
Həzm üçün faydalıdır
Həzm problemindən əziyyət çəkənlərə qarpız yemək tövsiyə olunur.
Ziyanları nədir?
Faydası ilə yanaşı qarpızın ziyanları da var. Belə ki, çox qarpız yenək ishala səbəb ola bilər. Bundan başqa, qarpız qanda qükoza miqdarını artıra bilər.