"Azərbaycan müvəqqəti sülh istəmir. Tələblərimizi də, təkliflərimizi də Ermənistana təqdim etmişik. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın hazırkı konstitusiyasına dəyişiklik edilmədikcə, bu ölkə ilə sülh sazişi imzalamaq mümkün deyil. Bu baxımdan hesab edirəm ki, mövcud təxribatlar sülhə tələsdirmək elementinin tərkib hissəsi ola bilər. Amma Ermənistanda nəzərə alınmalıdır ki, atəşkəsin pozulması sülh müqaviləsinin imzalanmasını gecikdirə bilər. Atəşkəsin pozulması həm də xarici auditoriya üçün gedişlərdir, ancaq atəşkəsin istənilən pozulması halının adekvat cavabı verilir və veriləcək".
"Bu baxımdan sülh danışıqlarının uzanması, Ermənistanda baş verə biləcək istənilən hakimiyyət dəyişikliyi prosesləri poza bilər".
"Burada iki variant önə çıxır. Birincisi, Ermənistan ordusu daxilində hakimiyyətə tabe olmayan, beşinci kolona xidmət edən qüvvələrin əli ilə bu, baş verə bilər. Çünki Azərbaycanla sülh prosesinin qarşısının alınması üçün atəşkəsin pozulması prosesini sürətləndirə bilərlər. İkincisi isə, revanşistlərin və siyasi müxalifətin Ermənistan ordusuna təsiri nəticəsində atəşkəs pozula bilər. Hər iki variant yekunda sülh danışıqları prosesinin pozulmasına hesablanıb".