RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova ABŞ-ın Ukrayna ilə imzaladığı təhlükəsizlik sazişini kağız parçası adlandırdı

XİN rəsmisi deyib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaqla bağlı ilkin planından əl çəkməyib.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Ukrayna və Birləşmiş Ştatlar arasında təhlükəsizlik zəmanətləri haqqında sazişlər sadəcə kağız parçalarıdır. Bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Fakt budur ki, bunlar adi kağız parçalarıdır, hətta press-relizlər daha önəmlidir. Bu müqavilələrin heç bir əhəmiyyəti yoxdur, hüquqi qüvvəsi yoxdur", - Zaxarova deyib.

XİN rəsmisi deyib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaqla bağlı ilkin planından əl çəkməyib:
"Siz və mən vətəndaş olaraq bu aqressiv dünya azlığının ilkin planlarının iflasa uğradığını, baş tutmadığını görürük”.
Xatırladaq ki, “Böyük Yeddilik” ölkələri (G7) sammiti çərçivəsində ABŞ və Ukrayna dövlətləri arasında təhlükəsizlik sazişi imzalanıb. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-Ukrayna təhlükəsizlik sazişi 10 il müddətinə bağlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.