“Çox sayda Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimiz müraciət edib. Bizim qəbul etdiyimiz maddə avtomatik olaraq onlara da tətbiq edilir. Bir qohumu Azərbaycanda yaşayır, vaxtilə köçüb, gəlib. Digər qohum isə orda yaşayır. Xalanəvəsi, bibinəvəsi, uzaq qohumdur, gəlir, evlənmək istəyir. Elə olur ki, pakistanlıya tətbiq etdiyimiz maddəni Gürcüstanda yaşayan azərbaycanlılara da tətbiq etmiş oluruq. Onlar başqa ölkə vətəndaşı olsa da, azərbaycanlıdırlar. Mən hesab edirəm ki, gələcəkdə, heç olmasa Gürcüstan azərbaycanlıları üçün elə bir variant tapmalıyıq ki, onların evlənməsində, ailə qurmasında problem yaşanmasın”.
"Bu cür evlilikləri qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirməklə prosesə mane ola bilərik. Əks təqdirdə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq".
"Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, eləcə də İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın".