"Onu da xatırlatmaq istərdim ki, məhz Vaşinqton raket hücumundan müdafiə, orta və qısa mənzilli raketlərin ləğvi, açıq səma barədə müqavilələrdən birtərəfli qaydada çıxdığını elan edib. Onlar NATO peykləri ilə birlikdə Avropa məkanında onilliklər boyu davam edən etimad tədbirlərinin və silahlara nəzarət sistemini məhv etdilər. Qərb dövlətlərinin eqoizmi və təkəbbürü hazırkı son dərəcə təhlükəli vəziyyətə gətirib çıxarıb. Biz geri dönüşü olmayan nöqtəyə qəbuledilməz dərəcədə yaxınlaşmışıq", - Putin bildirib.
"Çox yüksək rütbəli avropalı rəsmilərin iştirak etdiyi anti-Rusiya təbliğat kampaniyası Rusiyanın guya Avropaya hücum edəcəyi ilə bağlı fərziyyələrlə müşayiət olunur. Mən bu barədə dəfələrlə danışmışam, hamımız başa düşürük ki, bu, tamamilə cəfəngiyatdır. Avropa üçün təhlükə Rusiyadan deyil, ABŞ-dan gəlir. Avropa getdikcə daha çox qlobal iqtisadi inkişafın kənarlarına itilir, miqrasiya xaosuna və digər aktual problemlərə qərq olur və beynəlxalq subyektivlikdən və mədəni kimlikdən məhrum edilir", - dövlət başçısı bildirib.