RUSİYA

NATO Rusiya ilə potensial hərbi münaqişəyə hazırlaşır - Zaxarova

Diplomatın fikrincə, Qərb siyasətçilərinin və hərbçilərinin təxribat xarakterli uydurma bəyanatları, Şərqdən gələn təhdidi öz əhalisinə qəbul etdirmək məqsədi ilə bağlıdır.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Şimali Atlantika Alyansı çoxdan Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşır.
"Şimali Atlantika Alyansının Vaşinqton sammiti ərəfəsində NATO ölkəmizə qarşı təbliğat ritorikasını gücləndirir, Alyansın rəsmiləri, üzv ölkələrin rəhbərliyii, Rusiyanın ABŞ-a hücumu təhlükəsindən danışırlar. Baltikyanı ölkələr və Polşa da bunun yaxın bir neçə ildə baş verəcəyi tezisini irəli sürürlər və qeydedirlər ki, hamı Rusiya mücumunun qarşısını almağa hazırlaşmalıdır".
Zaxarova diqqəti NATO-nun 2022-ci il üçün strateji konsepsiyasında Rusiyanı NATO-ya üzv dövlətlərin təhlükəsizliyinə, həmçinin Avro-Atlantik regionda sülh və sabitliyə ən əhəmiyyətli və birbaşa təhdid elan etməsinə diqqət çəkib.
"Onlar bizim ölkənin də Avropa qitəsində yerləşdiyini və üstəlik, onun çox hissəsini təşkil etməsi faktını anlamaq fikrində deyildilər", o qeyd edib.
Bundan əlavə, diplomat deyib ki, NATO regional müdafiə planlarını təsdiqləyib və blokun bütün hərbi komandanlıqları üçün konkret tapşırıqlar tərtib edib.
NATO-nun açıq planları
Zaxarova vurğulayıb ki, hərbi büdcələr artırılır və NATO ölkələrinin iqtisadiyyatları tamamilə hərbiləşdirilir:
"Bir daha vurğulamaq istəyirik ki, Rusiyanın NATO və onun üzvlərinə qarşı heç bir aqressiv planı olmayıb və yoxdur, lakin eyni zamanda, NATO-nun belə planları olduğunu açıq şəkildə başa düşürük".
Diplomatın fikrincə, Qərb siyasətçilərinin və hərbçilərinin təxribat xarakterli uydurma bəyanatları, Şərqdən gələn təhdidi öz əhalisinə qəbul etdirmək məqsədi ilə bağlıdır:
"Biz çox yaxşı başa düşürük ki, Vaşinqtona dinc Avropa lazım deyil. Onlar avropalıları uçuruma doğru itələyirlər ki, ABŞ-dakı mövcud daxili siyasi çöküşdən sağ çıxmağa kömək etsin".