“Sosial xidmətlərlə bağlı işi isə qeyri-qənaətbəxş hesab edirəm. Sosial sahədə çalışan gərək mərhəmətli olsun, kövrək olsun, qəlbi vətəndaşın qəlbi ilə döyünüb onun qəlbi kimi yansın. Vallah, bunu görmürəm. Əgər hər şey gözəldirsə, hər şey yaxşıdırsa, niyə şikayətlər azalmır, daha da çoxalır? Belə çıxır ki, büdcə vəsaitlərini xərcləyən bir sıra icra qurumları vəzifəsinin öhdəsindən gəlmir, vəsaiti yəqin ki, başqa məqsədlərə yönəldir, narazılıqların azaldılması üçün konkret addımlar atmır, vəzifə borcunu minnətlə yerinə yetirir, vətəndaşların haqlı müraciətlərinə laqeyd yanaşır və konkret olaraq nələrsə umur. Bunlar yolverilməzdir və bir sıra icra strukturları konkret olaraq narazılıqlar "istehsal edib" cəmiyyətimizə idxal edir. Bunun isə əzabını biz hamımız çəkirik”.