TƏHSİL

Bu gün 4 mindən çox şagird üçün "Son zəng" çalındı - Video

Nazir şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə "Son zəng" tədbirində iştirak edib.
Sputnik
BAKI, 14 iyun — Sputnik. "Bu gün Azərbaycanın dörd mindən artıq məktəbində "Son zəng" keçirilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə "Son zəng" tədbirində çıxış edərkən deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə də təhsil sahəsində işlər gedir:

"Bu gün Füzulidə, Zəngilanda, Talış kəndində, Laçının iki məktəbində "Son zəng" keçirilir".

49№-li intellekt məktəb-liseydə "Son zəng"
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və şagirdlər iştirak ediblər. Mərasimdə çıxış edən müəllimlər və valideynlər məktəblə bağlı xatirələrini bölüşüb, sonuncu zəngi çalınan məzunlar isə hazırladıqları rəqsləri və mahnıları ifa ediblər.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 şagird isə birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.
49№-li intellekt məktəb-liseydə "Son zəng"
Xatırladaq ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.