İyunun 14- də Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseydə “Son Zəng” tədbiri keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin adını daşıdığı şəhid Rəfael Hüseynovun atası Maarif Hüseynov, müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.
Məktəbin direktoru E.Bağırzadə məzunları təbrik edib və rəhbərlik etdiyi ümumtəhsil müəssisəsinin qazandığı uğurlardan, şagirdlərin əldə etdiyi nailiyyətlərdən danışıb.
Digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.
Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseyin əsası 1929-cu ildə qoyulmuşdur və "Məktəb saray" adı ilə fəaliyyət göstərib. Məktəb-lisey hal-hazırda şəhid Rəfail Hüseynovun adını daşıyır. Məktəb-liseydə tədris Azərbaycan dilində aparılır.
Məktəb-lisey tarixi məktəbdir. Belə ki, 1941-1945-ci illərdə 369-cu atıcı diviziya bu məktəbdən cəbhəyə yola salınıb, müharibə illərində məktəb binasında hospital fəaliyyət göstərib. Məşhur "Bizim Cəbiş müəllim" filmi də bu məktəbdə çəkilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.