İDMAN

Azərbaycan Kazanda keçirilən BRİKS Oyunlarında ilk medalını qazanıb

Tatarıstanın paytaxtında keçirilən yarışların bürünc mükafatçısı Azərbaycan Respublikasının samboçusu Rəsul Aydəmirov olub.
Sputnik
BAKI, 14 iyun - Sputnik. Azərbaycan idmançıları Kazanda keçirilən BRİKS Oyunlarında ilk medalı qazanıblar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, yarışın ilk azərbaycanlı qalibi 98 kq çəki dərəcəsində bürünc medal qazanan samboçu Rəsul Aydəmirov olub.
Xatırladaq ki, yarışda Azərbaycanı təmsil edən 97 idmançı idmanın 11 növü - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, kureş, sambo və karate üzrə medallar uğrunda mübarizə aparır.
Yarışda ümumilikdə 97 ölkədən beş minə yaxın idmançı iştirak edir. BRİKS Oyunlarında 27 idman növündə medallar verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Azərbaycan idmançılarının BRİKS Oyunlarında sayı müəyyənləşib