BAKI, 14 iyun — Sputnik. Azərbaycan idmançıları Kazanda keçirilən BRİKS Oyunlarında ilk medalı qazanıblar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, yarışın ilk azərbaycanlı qalibi 98 kq çəki dərəcəsində bürünc medal qazanan samboçu Rəsul Aydəmirov olub.
Xatırladaq ki, yarışda Azərbaycanı təmsil edən 97 idmançı 11 idman növü - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, kureş, sambo və karate üzrə mübarizə aparır.
Yarışda ümumilikdə 97 ölkədən beş minə yaxın idmançı iştirak edir. BRİKS Oyunlarında 27 idman növü üzrə medallar oynanılır.