DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko erməni xalqından üzr istəməlidir - Paşinyan

Paşinyanın sözlərinə görə, nəzəri olaraq, Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti erməni xalqı üçün məqbul olacaq üzrxahlıq sözləri tapsa, KTMT ətrafında vəziyyət dəyişə bilər.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun orada prezident olduğu müddətdə nə o, nə də başqa bir erməni rəsmisinin Belarusa səfər etməyəcəyini və Belarus liderinin üzr istəməli olduğunu bildirib.
"Mən bəyan edirəm ki, Lukaşenko Belarusun prezidenti olduğu müddətdə mən heç vaxt Belarusa səfər etməyəcəm", - Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, nəzəri olaraq, Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti erməni xalqı üçün məqbul olacaq üzrxahlıq sözləri tapsa, KTMT ətrafında vəziyyət dəyişə bilər.
"KTMT liderlərindən biri 44 günlük müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini dəstəklədiyini, inandığını və arzuladığını bildirdi. Bundan sonra mən Belarus prezidenti ilə KTMT formatında məsələləri müzakirə etməliyəmmi?", - Paşinyan bildirib.
Ermənistanın baş naziri əlavə edib ki, o, Lukaşenko ilə Aİİ və MDB formatında məsələləri müzakirə etməyə məcbur qalacaq.