HƏRBİ

“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb - VİDEO

Bildirilib ki, hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Sputnik
BAKI, 12 iyun — Sputnik. Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" taktiki-xüsusi təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
"Qafqaz Qartalı - 2024" təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.