İQTİSADİYYAT

Rusiya Aİİ ölkələri ilə Əfqanıstan istiqamətində işi əlaqələndirir

Bundan əvvəl Əfqanıstan rəsmiləri bəyan etmişdilər ki, Kabil “Böyük Avrasiya Tərəfdaşlığı” layihəsi çərçivəsində əməkdaşlığa qoşulmaq niyyətindədir.
Sputnik
BAKI, 11 iyun - Sputnik. Moskva Əfqanıstandakı addımlarını Avrasiya İqtisadi İttifaqı (Aİİ) dövlətləri və digər regional təşkilatlarla əlaqələndirir, çünki bu addımlar bu birliklərə daxil olan ölkələrin və xalqların maraqlarına cavab verir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.
Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov

“Koordinasiya daha geniş mənada həm Aİİ-də tərəfdaşlığımız kontekstində, həm də təkcə ŞƏT-də deyil, digər regional birgə təşkilatlarımızda da mövcuddur. Buna görə də müəyyən bir şəkildə - bəli, bu addımlar əlaqələndirilir. Bu addımlar praqmatikdir, ölkələrimizin və xalqlarımızın maraqlarına cavab verir”, - Kabulov deyib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyunun əvvəlində Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi və müasir Əfqanıstan və bu rejimin uzunmüddətli bir faktor olduğumülahizələrinə əsaslanaraq, Qazaxıstanın Taliban* rejimini (Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır – red.) terrorçular siyahısından çıxardığını bildirib.
Əfqanıstan Böyük Avrasiya Tərərfdaşlığı çərçivəsində əlaqələrdə maraqlıdır
Bundan əvvəl, iyunun 6-da Taliban hökumətinin əmək və sosial inkişaf naziri vəzifəsini icra edən Adbul Umari Əfqanıstanın Aİİ-yə üzv ölkələrlə anlaşma memorandumları bağlamaq və gələcəkdə Avrasiya İqtisadi İttifaqı ilə Böyük Avrasiya Tərərfdaşlığı (BAT) layihəsi çərçivəsində əməkdaşlığa başlamaq istədiyini bildirmişdi.

“Əfqanıstan əməkdaşlıqda maraqlıdır ki, hamımız ümumi məqsədlərə doğru çalışaq. Əfqanıstan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi qismində iştirak edir. Biz əməkdaşlıq etməliyik, böyük infrastruktur layihələrinin, dəmir yolu kommunikasiyalarının, enerji layihələrinin həyata keçirilməsini təmin etməliyik”, - Umari bildirib.

Onun sözlərinə görə, bütün bunlar təkcə Əfqanıstan üçün deyil, həm də bütün Asiya üçün faydalı mühit yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiya KTMT çərçivəsində Əfqanıstanla əməkdaşlığı istisna etmir - XİN