"Digər tərəfdən Vətən müharibəsində qələbədən sonra Azərbaycanın daha fəal şəkildə öz xarici əlaqələrini qurduğunu müşahidə edirik. Biz bunu həm Azərbaycana edilən səfərlərdə, həm dövlət başçısının fərqli coğrafiyalara etdiyi ardıcıl səfərlərdə görə bilərik. Azərbaycan prezidentinin qardaş ölkə Türkiyənin lideri ilə görüşlərinin bazisini regional və beynəlxalq təhlükəsizlik məsələlərinin təşkil etdiyinə şübhəmiz yoxdur".
"Bu açıqlamalarla ölkə prezidenti Azərbaycan ətrafında "İslam dünyasını parçalayır", "İsrailə dəstək verir" kimi spekulyasiyalar edən qüvvələrə siyasi zərbə vurmuş oldu. Qəzza məsələsində Azərbaycan və Türkiyə arasında fikir ayrılıqları var deyənlərə, bununla kampaniya aparanların da mövqeyinə zərbə dəymiş oldu".
"Azərbaycan qlobal sanksiyalardan kənarda qalması həmin mərkəzlərdə narahatlıq yaradır və onlar istəyir ki, biz enerji resurslarımızı xarici bazarlara çıxara bilməyək. Onlar daxildə də müxtəlif avantürist qüvvələri proseslərə cəlb etmişdilər. Bu baxımdan Ankara və Bakı arasında sinxron şəkildə vahid fəaliyyət istiqamətinin seçilməsi üçün ali səviyyədə görüşün keçirilməsi çox önəmli idi. Əvvəlki onilliklərdən fərlqi olaraq bölgənin gündəliyi Azərbaycan və Türkiyə tərəfindən formalaşdırılır. Ona görə də, hər bir siyasi mərkəzdə Azərbaycan liderinin Rusiya, İranla təmasları diqqətlə izlənir və onlar kontur tədbirlərini buna əsasən formalaşdırırlar".