BAKI, 11 iyun — Sputnik. Vahid valyutanın yaradılması və ticari-iqtisadi dövriyyənin dollarsızlaşdırılması BRİKS-ə üzv ölkələrin gündəmində olan strategiyadır.
Bunu İranın xarici işlər naziri Əli Baqiri Kani RİA Novosti-yə müsahibəsində bildirib.
"BRİKS-ə üzv ölkələrin vahid valyutasının yaradılması və ticarət-iqtisadi dövriyyənin dollarsızlaşdırılması məsələsi BRİKS-ə üzv ölkələrin maliyyə nazirliklərinin gündəliyində olan strategiyadır. Artıq BRİKS proqramı çərçivəsində bu prosesi başa çatdırırıq", - Baqiri Kani bildirib.
Rubl və dollar, arxiv
© AP Photo / Martin Meissner
Qeyd edək ki, yanvarın 1-də Rusiya gələn il üçün BRİKS-in sədri olub. İl, təşkilata yeni üzvlərin qoşulması ilə başlayıb. Hazırda Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, onun tərkibinə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir.
Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyasının sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər, o cümlədən Nijni Novqorodda görüş təşkil edlilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.