BAKI, 11 iyun — Sputnik. Minsk ümid edir ki, BRİKS-in oktyabrda Kazanda baş tutacaq sammitinin qərarları Belarusa təşkilatda yeni status qazanmağa imkan yaradacaq.
Bunu çərşənbə axşamı respublikanın xarici işlər naziri Sergey Aleynik bildirib.
"Ötən il ölkəmiz BRİKS ailəsinə qoşulmaq üçün müraciət edib. Ümid edirik ki, Kazanda keçiriləcək sammitin qərarları ölkəmizə Assosiasiyada yeni status qazanmağa imkan yaradacaq", - Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti Aleynikdən sitat gətirib.
Aleynik qeyd edib ki, Belarus yeni ədalətli, həqiqətən çoxqütblü dünya nizamının formalaşması ilə bağlı BRİKS-in məqsəd və yanaşmalarını tam bölüşür.
Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov BRİKS-ə üzv olan dövlətlərin dünya miqyasında ədalətin olmasında maraqlı olduqlarını bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.