İDMAN

Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

"Haladaş" İdman Kompleksinin stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Bens Çonka olacaq.
Sputnik
BAKI, 11 iyun — Sputnik. Futbol üzrə Azərbaycan millisi bu gün Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılacaq.
"Haladaş" İdman Kompleksinin stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Bens Çonka olacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.