İDMAN

Azərbaycan idmançılarının BRİKS Oyunlarında sayı müəyyənləşib

BRICS Oyunlarının yarışlar hissəsi iyunun 12-də başlayır.
Sputnik
BAKI, 11 iyun — Sputnik. Kazanda keçiriləcək BRİKS Oyunlarında Azərbaycanı 100-ə yaxın idmançı təmsil edəcək.
Çərşənbə axşamı, iyunun 11-də Tatarıstanın paytaxtında BRİKS ölkələrinin Oyunlarının açılış mərasimi keçiriləcək. Bu, assosiasiyaya daxil olan ölkələrin, eləcə də dəvət olunmuş dövlətlərin iştirak edəcəyi yüksək səviyyəli beynəlxalq müsabiqədir.
Azərbaycandan BRİKS Oyunlarında 11 idman növündə (avarçəkmə, kayak, cüdo, stolüstü tennis, qılıncoynatma, Yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, kureş və karate) medallar uğrunda mübarizə aparacaq 97 idmançı çıxış edəcək.
BRİKS Oyunlarının yarışlar hissəsi iyunun 12-də başlayır. Yarışlar iyunun 23-dək davam edəcək.
İlkin olaraq BRİKS Oyunlarında iştirak etmək üçün 60-dan çox ölkə dəvət olunub. Lakin iyunun əvvəlində 97 dövlət yarışlarda iştirakını təsdiqləyib.
Beş minə yaxın idmançı 27 idman növü üzrə yarışacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.