ELM

Sağlam bağırsaqlar və arıqlamağın sirri - İngilis alimlərdən unikal pəhriz

Alimlər bu cür qidalanmanın orqanizmdə yağ oksidləşməsini sürətləndirən müəyyən zülal molekullarının istehsalını gücləndirdiyini müəyyən ediblər.
Sputnik
BAKI, 10 iyun — Sputnik. İngiltərə jurnalında qeyd edilib ki, fasiləli ac qalmaq bağırsağın sağlam qalmasına kömək edir.
Arizona Universitetinin alimləri müəyyən ediblər ki, ac qalaraq rasiona zülal məhsullarını əlavə etmək bağırsaq mikrobiomunun tərkibini yaxşılaşdırır və effektiv şəkildə çəki atmağa kömək edir.
Tədqiqatın nəticələri İngiltərin "Nature Communications" jurnalında dərc edilib.
Səkkiz həftəlik təcrübədə 30-65 yaş arası artıq çəkidən əziyyət çəkən 41 nəfər iştirak edib. Sınaqdan keçənləri iki qrupa bölüblər. Birinci qrupa fasilələrlə ac qalmaq tapşırılıb. Fasiləli ac qalmaq - müəyyən vaxt müddətində (əksər hallarda hesab saatlara gedir) insanın tamamilə yeməksiz qaldığı bir qidalanma növüdür.
Tədqiqatda ac qalmaq dövrü kimi hansı müddətin təyin edildiyi dəqiqləşdirilməyib. Qeyd olunur ki, sınaqdan keçənlər gündə 4-5 dəfə qida qəbul ediblər və rasionun əsasını zülal məhsulları təşkil edib. İkinci qrupdan olan könüllülər isə kalorinin məhdudlaşdırılmasını nəzərdə tutan pəhrizə riayət etməli idilər.
Nəticələr göstərib ki, zülal qəbulu ilə fasiləli ac qalan birinci qrupdakı iştirakçıların bağırsaqlarında faydalı bakteriyaların sayı artıb. Alimlər həmçinin bu cür qidalanmanın orqanizmdə yağ oksidləşməsini sürətləndirən müəyyən zülal molekullarının (sitokinlər) istehsalını gücləndirdiyini də müəyyən ediblər.
Tədqiqatçıların fikrincə, hər iki qrupda orta həftəlik kalori qəbulu eyni olsa da, birinci qrupdakı iştirakçılar ümumi çəkidə və yağ kütləsində daha çox azalma əldə ediblər.