CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 9 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 9 iyun — Sputnik. İyunun 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 9-da kim anadan olub?
Vamiq Məmmədəliyev (1946) - Azərbaycanın görkəmli tarzəni, dosenti, professoru və AR xalq artistidir. O, Arif Babayev, Canəli Əkbərov, Ağahan Abdullayev, Alim Qasımov, Zahid Quliyev və digər xanəndələrlə çalışıb.
Vamiq Məmmədəliyev
I Pyotr Alekseyeviç (1672-1725) - ilk Rusiya imperatorudur. O, döyüş meydanında qazandığı ard-arda qələbələrlə, Rusiya çarlığını Avropanın güclü dövlətləri sırasına daxil edib. I Pyotr Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək Rusiya donanmasının da əsasını qoyub.
I Pyotr Alekseyeviçin heykəli
Maykl Cey Foks (1961) - amerikalı kinoaktyor və rejissordur. O, 1970-ci illərdə aktyorluq fəaliyyətinə başlayıb və daha çox "Gələcəyə Qayıdış" elmi-fantastik trilogiyasındakı Marti Makflay rolu, həmçinin "Ailə bağları" serialındakı iştirakı ilə tanınıb.
Maykl Cey Foks
Conni Depp (1963) - ABŞ aktyoru və rejissorudur. O, "Çarli və şokolad fabriki", "Karib dənizinin quldurları" və s. filmlərdə rol alıb.
Conni Depp
Natali Portman (1981) - amerikalı teatr və kino aktrisası, kinorejissordur. O, ən böyük şöhrəti "Leon" və "Yaxınlıq" filmlərində iştirakı sayəsində qazanıb. Aktrisa "Qara Qu quşu" filmində "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Saturn" mükafatlarına layiq görülüb.
Natali Portman
9 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1822-ci ildə ABŞ-da Nyu-Yorkdan olan həkim Çarlz Qrem süni çənəni patentləşdirib və sonra öz ixtirasının kütləvi istehsalına başlayıb və bu hadisə dərhal əsl sensasiyaya çevrilib.
1993-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəlib və onu hava limanında çox sayda insan qarşılayıb. Artıq iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və bununla da ikinci dəfə hakimiyyətə gəlişi rəsmiləşdirilib.
2011-ci ildə Serbiyanın Novi-Sad şəhərində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun büstü qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.