RUSİYA

Gündəlik həyata daxil edilməli olan eko vərdişlər hansılardır

Məsələn, dişlərinizi fırçalayarkən və ya qabları yuyarkən kranı bağlasanız, gündəlik 20 litrə qədər qənaət edə bilərsiniz.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Bir çox ekoloji vərdişlər insandan çox səy tələb etmir. Buna görə də hər kəs ətraf mühitin qayğısına qala bilər. Bundan ötrü bir neçə sadə şeyi yadda saxlamaq kifayətdir. Bu barədə "Moskva 24" telekanalına müsahibəsində "Yauza" parkının ekoloji və təhsil mərkəzinin rəhbərliyinin ekoloqu Olqa Fisun danışıb.
Onun sözlərinə görə, su ehtiyatlarına diqqət yetirilməsi planetdə kifayət qədər şirin suyun saxlanmasına kömək edəcək. Belə ki, məsələn, dişlərinizi fırçalayarkən və ya qabları yuyarkən kranı bağlasanız, gündəlik 20 litrə qədər qənaət edə bilərsiniz.
Diş təmizliyi, arxiv
Bundan əlavə, plastik qapaqlar daha sərt materiallardan hazırlandığından və daha yüksək təkrar emal dəyərinə malik olduğundan təkrar emal edilməlidir.
Mütəxəssis əlavə edib ki, səmaya uçan uçurtmalar süni, demək olar ki, parçalanmayan materiallardan hazırlandığı üçün ətraf mühitə mənfi təsir göstərir və səmada quşları qorxuda bilir. Fisun onu da qeyd edib ki, şəxsi nəqliyyatdansa ictimai nəqliyyatdan istifadəyə üstünlük verməklə, həmçinin çay paketlərindən imtina etməklə təbiətə fayda vermək olar.

"Çay paketinin tərkibində tekstil (lent), kağız, plastik (kiçik paket), metal birləşdirici, həmçinin orqanik məhsul (çay yarpaqları) var. Bu, təkrar emal etmək üçün çətin bir maddədir", - ekoloq izah edib.

Çay paketləri, arxiv
Bundan əvvəl avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.