BAKI, 8 iyun - Sputnik. Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.
Qurumdan verilən məlumata görə, işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə federasiyaların məsul şəxslərinin də iştirak etdikləri toplantıda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə olunub.
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri müzakirələr olunub
© Photo : Ministry of Youth and Sports (Azerbaijan)
Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri müzakirələr olunub
© Photo : Ministry of Youth and Sports (Azerbaijan)
Qeyd edək ki, Azərbaycan idmançıları II MDB oyunlarını 62 medalla başa vurublar.
Komandalar arasında ümumi hesabda 4-cü olan yığmamız 10 qızıl, 17 gümüş və 35 bürünc medal əldə edib.
Komandalar arasında ümumi hesabda 4-cü olan yığmamız 10 qızıl, 17 gümüş və 35 bürünc medal əldə edib.
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri müzakirələr olunub
© Photo : Ministry of Youth and Sports (Azerbaijan)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.