CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 6 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 6 iyun — Sputnik. İyunun 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 6-da kim anadan olub?
Xuraman Qasımova (1951) - Azərbaycan SSR xalq artisti və opera müğənnisidir. O, 1976-1999-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
Xuraman Qasımova
Dieqo Velaskes (1599-1660) - ispan rəssamı, Kral IV Filipinin saray rəssamıdır. Lakin yaradıcılıq fəaliyyətinin əvvəlində o, sadə sənətkarları, aşpazları və ustaları iş prosesində təsvir edib.
Dieqo Velaskes
Aleksandr Puşkin (1799-1837) - Rusiya ədəbiyyatında realist cərəyanın əsasını qoyan, müasir ədəbi rus dilinin yaradıcısı olan rusiyalı şair və dramaturqdur.
Aleksandr Serqeyeviç Puşkinin büstü
Tomas Mann (1875-1955) - alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. Onun ən məşhur əsərləri "Buddenbroklar", "Sehrli dağ", "İosif və qardaşları", "Doktor Faustus", "Avantürist Feliks Krulun macəraları" romanları və "Venesiyada ölüm" novellasıdır.
Tomas Mann
Tatyana Peltser (1904-1992) - Sovet teatr və kino aktrisası, SSRİ xalq artistidir. O, "On iki ay", "Sevgi formulu" və s. filmlərdə rol alıb.
Tatyana Peltser
Bari Alibasov (1947) - Sovet və Rusiya musiqiçisi, bəstəkarı, musiqi prodüseri, RF əməkdar artistidir. O, "İnteqral" (1962-1989) və "Na-na" (1989-cu ildən) musiqi qruplarının yaradıcısı və rəhbəridir.
Bari Alibasov
6 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1933-cü ildə ABŞ-ın Nyu-Cersi ştatının Kamden şəhərində avtomobil sürücüləri üçün ilk açıq hava kinoteatrı yaranıb – burada avtomobildən çıxmadan filmlərə baxmaq mümkün olub.
1937-ci ildə "Şimal qütbü-1" sovet elmi-tədqiqat stansiyası Şimal qütbündən 20 km məsafədə fəaliyyətə başlayıb və bu, dünyanın ilk qütb elmi-tədqiqat stansiyası olub.
1979-cu ildə Sovetin "Soyuz-34" pilotsuz kosmik gəmisi "Salyut-6" orbital stansiyasına buraxılıb.
2010-cu ildən mayın 6-sı Rus Dili Günü kimi qeyd edilir – məhz bu gün A.Puşkinin doğum günüdür. BMT-nin İctimai Əlaqələr Departamenti çoxdilliliyi və mədəni müxtəlifliyi dəstəkləmək və inkişaf proqramı çərçivəsində təşkilatın altı rəsmi dilinə həsr olunmuş bayramların təsis edilməsini təklif edib. Müvafiq qərar YUNESKO-nun təşəbbüsü ilə hər il fevralın 21-də qeyd olunan Beynəlxalq Ana Dili Günü ərəfəsində qəbul edilib.
2012-ci ildə ən nadir astronomik hadisələrdən biri - Veneranın Günəş diskindən keçməsi baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.