DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu bağlanıb

Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol iyunun 6-dan bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol bağlanıb. Gürcüstanda baş verən qar uçqunu səbəbindən Yuxarı Lars yolu bütün nəqliyyat növləri üçün bağlanıb.
Terek çayında suyun səviyyəsinin qalxdığı, sərhəd keçid məntəqəsinin əməkdaşlarının təxliyə edildiyi bildirilib.
Ermənistan mediası yazır ki, 600-ə yaxın erməni yük maşını sərhədin həm Gürcüstan, həm də Rusiya tərəfində "Yuxarı Lars" beynəlxalq keçid məntəqəsinə gedən yolda qalıb.
Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol iyunun 6-dan bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi hissəsində qar uçqunu səbəbindən səyahət qadağan edilib.
Hazırda Ermənistanın 300-ə yaxın yük maşını "Yuxarı Lars" beynəlxalq keçid məntəqəsindən Rusiya Federasiyası istiqamətində, daha 300-ü isə Ermənistan istiqamətində Rusiya tərəfində boş vəziyyətdədir.
Xatırladaq ki, Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Yol pis hava şəraitinə görə vaxtaşırı bağlanır.