"Bələdiyyələrin sayı 1999-cu ildə 2667 olub, cari ildə isə 2731-dir. Lakin bu qədər çoxsaylı olması səbəbi ilə məhdud əhali, torpaq sahəsi və resursları əhatə etməsi, dolğun büdcə formalaşdıra bilməməsi, yerli problemlərin öhdəsindən gəlməməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, bələdiyyələrin sayının azaldılması haqqında qərar qəbul edildi. Nəticədə, 2009-cu ildə 1716, 2014-cü ildə 1607, 2019-cu ildə isə 1606 bələdiyyə vahidi seçildi. Nəhayət, 2024-cü ildə qəbul edilən qərarla ölkə üzrə son iki il ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla bələdiyyələrin birləşdirilməsi həyata keçirildi" - Zahid Oruc vurğulayıb.