İQTİSADİYYAT

Unun qiyməti niyə bahalaşıb?

Vidadi Ələsgərov bildirib ki, hazırda dəyirmanlarda 50 kiloqramlıq əla növ un kisəsi 28 manat 50 qəpikdir.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda unun qiyməti yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a un satışı ilə məşğul olan satıcılar məlumat verib. Onların verdiyi məlumata görə, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 30-32 manata təklif edilir.
"Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, unun qiyməti dəyirmanlarda 28 manat 50 qəpikdir. O, may ayı ilə müqayisədə qiymətlərdə iki manat bahalaşma olduğunu söyləyib.

"Hazırda 50 kiloqramlıq əla növ un kisəsi 28 manat 50 qəpikdir. May ayında isə qiyməti 26 manat 80 qəpik idi. Topdansatış müəssisələri bizdən alıb üzərinə də iki-üç manat qoyub satırlar. Daşınma xərcini, fəhlə pulunu hesablasaq qiymətin 30 manatdan baha olacağı gözlənilən idi", - Vidadi Ələsgərov bildirib.

O, əlavə edib ki, unun bahalaşmasının səbəbi, Rusiyanın taxıl ixracını dayandırmasıdır.
Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.