CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 5 iyun – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 5 iyun — Sputnik. İyunun 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 5-də kim anadan olub?
Mikayıl Müşviq (1908-1938) - yaradıcılığında sevgi və gözəlliyi tərənnüm edən çoxlu şeirlər yaradan Azərbaycan şairidir. O, əsərlərində sosial-mədəni məsələlərə də münasibət bildirib. Şair 1937-1938-ci illərin "böyük terrorunun" qurbanı olub.
Mikayıl Müşfiq
Vaqif Səmədoğlu (1939-2015) - Azərbaycanın xalq şairi və "Humay" mükafatı laureatıdır. O, "Şərəf", "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Vaqif Səmədoğlu
Hamlet Xanızadə (1941-1990) - Azərbaycan SSR əməkdar artisti, teatr və kino aktyorudur. O, "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Babək", "Qızıl uçurum", "Birisigün, gecəyarısı" filmlərində rol alıb.
Hamlet Xanızadə
Natiq Rəsulzadə (1949) - Azərbaycanın xalq yazıçısı və "Şöhrət" ("Şöhrət") ordeninin sahibidir. O, təkcə vətənində deyil, həm də Rusiya, Macarıstan, Polşa və Yuqoslaviyada nəşr olunan 30-dan çox kitabın müəllifidir. Bunlardan "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Sevgi ili", "Bayramda yağış", "Xəyallar arasında" kitablarını qeyd etmək olar.
Natiq Rəsulzadə
Uorren Frost (1925-2017) - ABŞ teatr və kino aktyorudur. "Twin Peaks" filmi aktyora böyük populyarlıq gətirib.
Barbara Brılska (1941) - Polşa teatr və kino aktrisasıdır. O, SSRİ-də Eldar Ryazanovun "Taleyin ironiyası, ya da həmişə təmizlikdə!" filminin baş qəhrəmanı Nadya Şevelyova rolu ilə tanınıb.
Barbara Brılskа
Yuri Vyazemski (1951) – Sovet və Rusiya yazıçısı, teleaparıcı, RF əməkdar mədəniyyət işçisidir. O, "Parlaq zəka" televiziya proqramının müəllifi və daimi aparıcısıdır (1992-ci ildən).
Yuri Vyazemski
Valdis Pelş (1967) - rusiyalı musiqiçisi, şoumen, teleaparıcı, rejissor və prodüserdir. O, "Melodiyanı tapın", "Rusiya ruletkası" televiziya proqramlarının aparıcısı kimi şöhrət qazanıb.
Valdis Pelş
Mark Uolberq (1971) - ABŞ aktyoru, musiqiçi və modeldir. O, "Mükəmməl fırtına", "Meymunlar planeti", "İtalyan sayağı soyğunçuluq", "Maks Peyn" və s. filmlərdə rol alıb.
Mark Uolberq
Hüseyn Həsənov (1994) Azərbaycan əsilli rusiyalı blogerdir. O, müxtəlif illərdə "İlin kişi blogeri" və "İlin blogeri" mükafatlarına layiq görülüb.
Hüseyn Həsənov
5 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1972-ci ildə BMT Baş Assambleyasının 27-ci sessiyasında iyunun 5-i Ümumdünya Ətraf Mühit Günü elan edilib. Həmçinin BMT-nin ətraf mühit üzrə yeni proqram - YUNEP də qəbul edilib.
1981-ci ildə Xəstəliklərə Nəzarət Mərkəzindən olan amerikalı alim Maykl Qotlib ilk dəfə immunitet sisteminin dərin zədələnməsi ilə yeni bir xəstəliyi təsvir edib. Hərtərəfli analiz ABŞ tədqiqatçıların 1982-ci ildə "Aquired Immune Deficience Syndrom" (AIDS) - Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) adını almış əvvəllər məlum olmayan sindromun mövcudluğu ilə bağlı nəticəyə gətirib.
2006-cı ildə Türkiyənin Antalya şəhərində 40 ölkədən 300 nümayəndənin iştirak etdiyi Dünya Azərbaycanlı Ziyalılarının I Forumu keçirilib.
2014-cü ildən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü qeyd edilir.